Baydenin reytinqi ən aşağı həddə düşdü

3-07-2024, 11:18           
Baydenin reytinqi ən aşağı həddə düşdü
ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenin reytinqi 43 faizlə yeni minimuma düşüb.

Bu barədə CNN seçici sorğusuna istinadən məlumat yayıb.

"Rəyi soruşulanlar Baydeni altı bal qabaqlayan keçmiş ABŞ lideri Donald Trampa üstünlük verirlər - 49 faizə qarşı 43 faiz", - materialda bildirilir.

Həmçinin, sorğuda iştirak edən respondentlərin dörddə üçü partiyanın namizədi Bayden olmasaydı, demokratların Ağ Evi geri qaytarmaq şansının daha yüksək olacağını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru