“Bayden Alzheimer və ya demensiyadan əziyyət çəkmir” – Ağ Ev

4-07-2024, 09:04           
“Bayden Alzheimer və ya demensiyadan əziyyət çəkmir” – Ağ Ev
“ABŞ Prezidenti Co Bayden Alzheimer xəstəliyindən və ya demensiyanın hər hansı formasından əziyyət çəkmir”.

Yeniavaz.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Sizə cavabım var. Hazırsız? Cavab “yox””, - Jan-Pyer jurnalistin müvafiq sualına cavab verib.
O, həmçinin media işçilərinin eyni sualı Baydenin əsas siyasi rəqibi Respublikaçı Donald Trampa verəcəklərinə ümid etdiyini bildirib.
Xatırladaq ki, iyunun 27-də Bayden və Tramp arasında teledebat baş tutub. CNN-in sorğusuna əsasən, debatı izləyən tamaşaçıların üçdə ikisi Trampın qalib gəlməsinə səs verib. “The Wall Street Journal”ın məlumatına görə, Baydenin debatda uğursuz çıxışı səbəbindən ABŞ Konqresindəki Demokratlar arasında çaxnaşma başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru