“Ukrayna NATO sammitindən sonra baş nazirini dəyişəcək” – KİV

4-07-2024, 09:27           
“Ukrayna NATO sammitindən sonra baş nazirini dəyişəcək” – KİV
İyulun 9-11-də NATO-nun Vaşinqtonda keçiriləcək sammitindən sonra Ukraynanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenkonun ölkənin baş naziri postunda Denis Şmıqalı əvəzləyəcəyi gözlənilir.
Bu barədə “Ukrayinskaya Pravda” hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
“Strana” nəşri də mənbələrə istinadən kadr dəyişikliyi ilə bağlı oxşar bəyanat yayıb. Bu məlumatı daha əvvəl dolayısı ilə Ali Radanın deputatı Yaroslav Jeleznyak da təsdiqləyib və o, öz teleqram kanalında parlamentin iclaslarının NATO sammiti başa çatana qədər təxirə salındığını, çünki orada mühüm kadr məsələləri qaldırılacağını bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilin əvvəlindən hökumət strukturlarında kadr dəyişiklikləri həyata keçirir. Bununla cəbhədə və ölkənin daxili həyatında vəziyyəti sabitləşdirməyə çalışır. \\Yeniavaz.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru