İtaliya 20 milyardlıq alman hərbi maşını alır

4-07-2024, 10:38           
İtaliya 20 milyardlıq alman hərbi maşını alır
İtaliya hökuməti Almaniyanın Rheinmetall şirkətindən təxminən 20 milyard avroya 200-dən çox Panther tankı və ən azı 350 Lynx piyada döyüş maşını alır.

Bu barədə Handelsblatt məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Tərəflər yekun razılığa gələrsə, bu saziş Rheinmetall tarixində ən böyük sifariş olacaq. Təchizatların 15 il davam edəcəyi gözlənilir, lakin müqavilə hələ yekunlaşmayıb.

Əvvəllər İtaliya KNDS Deutschland-dan Leopard 2A8 tankları almağı planlaşdırırdı, lakin sövdələşmə üzrə danışıqlar nəticəsiz başa çatdı.\\Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru