ABŞ-nin xarici ticarət kəsiri son 2 ilin ən yüksək səviyyəsinə çatdı

4-07-2024, 18:23           
ABŞ-nin xarici ticarət kəsiri son 2 ilin ən yüksək səviyyəsinə çatdı
ABŞ-ın xarici ticarət kəsiri may ayında 0,8% artaraq 75,1 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi may ayı üçün xarici ticarət məlumatlarını açıqlayıb.

Məlumata görə, bu göstərici 2022-ci ilin oktyabr ayından bəri ən yüksək səviyyədir.

Mayda ölkənin ixracı 0,7% azalaraq 261,7 milyard dollar, idxalı isə 0,3% azalaraq 336,7 milyard dollar olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 330,8 milyon dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71,7% çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru