ABŞ və Britaniya bir həftə ərzində Yəmənə 19 zərbə endirib
5-07-2024, 07:14
ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri son bir həftə ərzində Yəmənə 19 zərbə endirib.
İqtisadiyyat.az xəbər verir ki, bunu Yəmənin Husilər üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi deyib.
Əl-Husi zərbələrin hansı nəticələrə səbəb olduğunu açıqlamayıb.
Bununla belə, o, ərəb və müsəlman ölkələrinə ehtiyatlı olmağı və Vaşinqtonun Yəmənə hücumlar etmək üçün onların ərazilərindən istifadə etməsinə icazə verməməyi tövsiyə edib.