Rusiyalılar biometrik pasport olmasa bu ölkədən qovulacaqlar
5-07-2024, 08:58
Biometrik pasportu olmayan ruslar bundan sonra Çexiyada qala bilməyəcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yan Lipavski bildirib.
"Hökumətimiz üçün təhlükəsizlik prioritet məsələdir. Biz növbəti təxribat aktını gözləməyəcəyik. Ölkəmizdə qalmaq istəyən hər kəs kim olduğunu sübut etməlidir. Ruslar üçün biometrik olmayan pasport artıq kifayət etməyəcək ",- deyə 0, "X"də yazıb.
Nazir qeyd edib ki, bu qərar 2014-cü ildə Vrbetiçe kəndində Çexiya hakimiyyətinin Rusiyanı iştirakda ittiham etdiyi sursat anbarlarında baş verən partlayışlarla bağlıdır.
Qeyd edək ki, iyulun 3-də Rusiya qeyri-biometrik pasportlarının Çexiyada etibarlılığı dayandırılıb.
Bu barədə respublikanın hakimiyyət orqanları Aİ-nin müvafiq qurumunun iclasında məlumat verib və digər ölkələri də analoji tədbirlər görməyə dəvət edib.