Müstəqillik Günü rekord həddə çatan istilik dalğası və yanğınlar ABŞ-ın dörddə bir hissəsini bürüyüb

5-07-2024, 15:34           
Müstəqillik Günü rekord həddə çatan istilik dalğası və yanğınlar ABŞ-ın dörddə bir hissəsini bürüyüb
Meteoroloqların dediyinə görə, çərşənbə günü ABŞ-ın böyük bir hissəsində təhlükəli dərəcədə yüksək temperatur gözlənilir. İyulun 4-ü, ABŞ-ın Müstəqillik Gününün qeyd edildiyi həftə sonu Kaliforniyada sürətlə yayılan meşə yanğınları artıq minlərlə sakini evlərini tərk etməyə məcbur edib.

ABŞ-ın 21 ştatında - qərbi, cənub düzənlikləri və Amerikanın orta Atlantik sahillərində təxminən 110 milyon insan tətillərini istilərlə bağlı məhdudiyyətlər altında keçirəcək.

Milli Meteorologiya Xidmətinin məlumatına görə, yaxın bir neçə gün ərzində temperaturun müsbət 38 dərəcədən yüksək olacağı gözlənilir.

"Bura çox istidir. Mən bunu necə ifadə edəcəyimi də bilmirəm" - deyə, Merilend ştatının Kollec Parkındakı Milli Hava Xidməti Hava Proqnozu Mərkəzinin meteoroloqu Ceykob Aşerman bildirib.

O, "Ölkənin əksər bölgələrində hava çox istidir" deyib.

İsti hava şəraiti bir çox amerikalının Müstəqillik Gününün atəşfəşanlıq, paradlar, musiqi festivalları və şənlənmək üçün küçələrə və parklara çıxmağa adət etdiyi vaxt yaşanır.

Meteorologiya xidmətinin məlumatında "Hava şəraitinin adətən mülayim olduğu Oreqon ştatının Portlend şəhərində cümə günü havanın temperaturunun müsbət 38 dərəcəyə, isti havası ilə tanınan Missisipi ştatının Cekson şəhərində isə müsbət 46 dərəcəyə çatacağı gözlənilir" deyilib.

Finiksin cənub-qərbində çərşənbə günü temperaturun 45 dərəcəyə çatdığı, cümə gününə qədər isə 47 dərəcəyə yüksələcəyi gözlənilir.

Şimali Kaliforniyada şiddətli küləklər və aşağı rütubətlə birləşən istilik dalğası çərşənbə axşamı səhər saatlarında "Tompson yanğını" adlı yanğınla mübarizə aparan 500 yanğınsöndürən üçün xüsusilə çətin olub.

Yanğınsöndürənlər və media nümayəndələrinin bildirdiyinə görə, Butte County və Orovil şəhərində 809 hektar ərazini yandıran və nəzarətdən çıxan yanğın təxminən 13 min sakini evlərini tərk etməyə məcbur edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.