Böyük Britaniya yenidən Ukraynaya silah verəcək

8-07-2024, 16:34           
Böyük Britaniya yenidən Ukraynaya silah verəcək
"Böyük Britaniya Ukraynaya "Brimstone" raketləri tədarük edəcək".

Bunu Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili Odessaya səfəri zamanı deyib.

Qeyd olunur ki, Böyük Britaniya Ukraynaya 90 dəqiq idarə olunan "Brimstone" raketi, 10 ədəd AS-90 özüyeriyən artilleriya qurğusu və 250 min döyüş sursatı verəcək.

Kiyevə növbəti hərbi yardım paketinə, həmçinin 50 kiçik qayıq, 40 minaaxtaran maşın, müdafiə mövqelərini gücləndirmək üçün 61 buldozer və əvvəllər tədarük edilmiş AS-90-lar üçün ehtiyat hissələri daxildir.

Mənbə: kommersant.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru