Duma Boko Botsvananın yeni prezidenti olub

2-11-2024, 08:54           
Duma Boko Botsvananın yeni prezidenti olub
54 yaşlı hüquqşünas Duma Boko Botsvananın yeni və sayca altıncı prezidenti seçilib.

TASS xəbər verir ki, bu barədə ölkənin baş hakimi Terrens Rannovane milli televiziya vasitəsilə məlumat verib.

Boko iki gün əvvəl ölkədə keçirilmiş parlament seçkilərində qalib gələn “Demokratik Dəyişiklikləri Naminə” (DDN) müxalif koalisiyasının lideridir.

DDN artıq Milli Assambleyada (birpalatalı parlament) 35 deputat mandatı qazanaraq ona mütləq çoxluq qazandırıb. Səslərin hesablanması davam edir. Digər iki müxalifət partiyası da yaxşı nəticə göstərib. Son 58 ildə hakimiyyətdə olan Botsvana Demokratik Partiyası (BDP) hazırda 4 mandat qazanıb.

Botsvananın hazırkı Prezidenti və BDP lideri Mokqvitsi Masisi partiyasının məğlubiyyətini etiraf edib və bildirib ki, o, artıq Bokoya zəng edərək onu qələbə münasibətilə təbrik edib. Masisi istefaya getdiyini açıqlayıb.

Qeyd edək ki, Botsvana Prezidenti parlament üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Oktyabrın 30-da keçirilmiş parlament seçkilərində 6 partiya iştirak edib. Onlardan dördü, seçki qanununun tələbinə uyğun olaraq, prezidentliyə öz namizədlərini irəli sürüb. Masisi ikinci müddətə dövlət başçısı seçilmək istəyirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru