Tramp: Ukraynada vəziyyət nizamlanmaya doğru gedir

Bu gün, 10:44           
Tramp: Ukraynada vəziyyət nizamlanmaya doğru gedir
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukraynada atəşkəs və münaqişənin həlli ilə bağlı razılaşmaların əldə olunması prosesi nizamlanmaya doğru yaxınlaşır.

Amerika lideri bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Gəlin görək buna nail ola bilərikmi? Düşünürəm ki, buna nail olmaq üçün həqiqətən yaxşı şansımız var. İndi hər şey nizamlanmaya doğru gedir”.

“Rusiyanın münaqişənin həlli ilə bağlı ABŞ-ı aldatmağa cəhd edib-etmədiyi” sualına Tramp belə cavab verib: “Heç kim heç kimlə oynamır”.

O, bütün tərəflərin ruh yüksəkliyi nümayiş etdirdiyinə əminliyini ifadə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.