Səddam Hüseynin əmisi oğlunu həbs etdilər

25-10-2016, 19:04           
Səddam Hüseynin əmisi oğlunu həbs etdilər
Kərkük vilayətinin polisi sabiq İraq prezidenti Səddam Hüseynin əmisi oğlunu həbs edib.

Avropa.info xəbər verir ki, o, İŞİD-in Kərkükə hücumuna dəstəkdə ittiham olunur. Bu barədə “Al Sumaira” kanalı məlumat yayıb. Səddam Hüseynin əmisi oğlu Nizar Hamud Əbdülqaninin həbsi haqda açıqlamanı polis generalı Sərhəd Kader verib.
Polis generalı deyib ki, Səddamın əmisi oğlu hücumun iştirakçısı olduğunu etiraf edib. Xatırladaq ki, şənbə günü İŞİD diqqəti yayındırmaq üçün qəflətən Kərkükə hücum etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru