Hitlerin sirlərlə dolu gizli bazası tapıldı - FOTO

26-10-2016, 01:21           

Rusiyalı araşdırmaçılar Arktikada faşistlərin İkinci Dünya müharibəsindən qalma gizli bazasını aşkar ediblər.

Bu, indiyə qədər məlum olmayan metereoloji bazadır. BakıPost.az The Dailu Express dərgisinə istinadən xəbər verir ki, Aleksandrda, Frans-İosif Torpağı arxipelağına aid olan adada aşkar edilən bazada bunkerlərin hissələri, sənədlər və digər materiallar qorunub. Alimlər adada yanacaq qabları, gilizlər, çadır qalıqları və şəxsi məqsədlər üçün lazım olan əşyalar tapıblar.

Belə hesab edilir ki, 1942-ci ildə burada Hitlerin tapşırığı ilə meteostansiya tikilib. 1944-cü ildə bazada işləyənlərdən biri ağ ayı ətindən hazırlanmış yeməkdən ağır şəkildə zəhərləndikdən sonra bura tərk olunub.

Bu sirli yer həm də Şatzgraber və ya "Dəfinəaxtaranlar" kimi də tanınır. Əvvəllər alimlər bu yer barədə yalnız yazılı mənbələrdən oxumuşdular. İndi real sübutlarla məlum olub ki, bura faşistlərin bazası imiş.
Hitlerin sirlərlə dolu gizli bazası tapıldı - FOTO












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru