Rusiya iqtisadiyyatı bu il 0,7% geriləyib

26-10-2016, 02:08           
Rusiya iqtisadiyyatı bu il 0,7% geriləyib
Rusiya iqtisadiyyatındakı azalma 2016-cı ilin yanvar-sentyabr aylarında 0,7% təşkil edib.

"Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksey Vedev məlumat verib. Onun sözlərinə görə, Rusiyanın ÜDM-i III rübdə 0,5% azalıb.

Rusiya Statistika Komitəsinin hesabatına görə, Rusiyada ÜDM-in həcmi 2016-cı ilin ilk yarısında 0,9%, I rübdə 1,2%, II rübdə isə 0,6% azalıb. Azalmanın səngiməsinə Rusiyada büdcə xərclərinin artırılması ilə büdcə kəsirinin ÜDM-də xüsusi çəkisinin artması hesabına nail olunub.
Xatırladaq ki, 2016-cı ildə Rusiyada büdcə kəsirinin ÜDM-də payının 3%-dən çox olması proqnozlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru