ABŞ generallarından III Dünya savaşı anonsu

26-10-2016, 02:09           

ABŞ-da təşkil edilən “Gələcəyin Ordusu” panelində III Dünya müharibəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

Axar.az xəbər verir ki, generallar toplantıda yeni dünya müharibəsinin son dərəcə qaçılmaz, sürətli və ölümcül olacağı ilə bağlı çıxışlar ediblər.

General-mayor Hiks bildirib ki, Çin və Rusiya kimi ölkələr daim ordunu texnoloji cəhətdən inkişaf etdirir:

“Yeni dünya savaşı Koreya müharibəsindən də şiddətli ola bilər. Pentaqon hər zaman belə müharibəyə hazırdır”.

General Mark A. Milli isə qeyd edib ki, ordu eyni zamanda kiber hücumlar üçün də önləyici tədbirlər hazırlamalıdır.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən proseslərə hegemon dövlətlərin müdaxilə etməsi yeni dünya müharibəsi ilə bağlı fikirləri daha da gücləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru