İrandan pilotsuz kamikadze-qurğu: gəmini məhv etmək gücündədir
26-10-2016, 23:25
İran yeni pilotsuz kamikadze-qurğu hazırlayıb. «Associated Press»in məlumatına görə, yeni qurğu intihar hücumu zamanı hədəfi məhv etmək imkanına sahibdir. Bu hədəf gəmi də ola bilər, sahil mühafizə mərkəzi də. Qurğu havada (900 metr hündürlükdə ) 4 saatadək qala bilir və maksimal sürətlə hərəkət edir – saatda 250 kilometr.