Türkiyə, Fransa və ABŞ müdafiə nazirləri İŞİD-ə qarşı əməliyyatları müzakirə ediblər

26-10-2016, 23:26           

Türkiyə müdafiə naziri Fikri İşıq Brüsseldə amerikalı və fransalı həmkarları ilə görüşüb.

“Anadolu” agentliyinin məlumatına görə, mətbuata qapalı olan və bir saat davam edən görüşdə İŞİD terror təşkilatına qarşı İraqın Mosul şəhərində və Suriyada həyata keçirilən hərbi əməliyyatlar müzakirə olunub.

Görüşdən öncə mətbuata açıqlama verən nazirlər İŞİD-ə qarşı əməliyyatların gündəmdə olduğunu qeyd ediblər.


Türkiyənin “Hürriyət” qəzetinin hərbi və diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, nazirlər razılığa gəliblər ki, Mosul və Raqqa şəhərləri İŞİD silahlılarından təmizləndikdən sonra idarəetmə yerli administrasiya rəhbərlərinə keçəcək.

(apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru