Rusiya Prezidenti Vladimir Putinin xarici siyasətdə əsas hədəfi ölkəsini modern dünyanın açar oyunçularından biri kimi göstərməkdir.
Axar.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat direktoru Ceyms Klapper deyib.
“Tarixin axarı budur ki, biz soyuq müharibə dövrünün ikiqütblü sistemindən sonra çoxqütblü sistemə keçdik. Yeni sistemdə Rusiya və Çin kimi ölkələr özlərinin dominant görürlər və bu belədir. Putin Rusiyanı böyük ölkə, fövqəlgüc sayır. Bu mənada ABŞ-ın Rusiyaya münasibəti olduqca önəmlidir”, - Klapper bildirib.
Kəşfiyyat şefi Moskva və Vaşinqton arasında gərgin münasibətlərin olduğunu etiraf edib.