İtaliyada 6,2 bal gücündə daha bir zəlzələ oldu –Şəhərlər silkələndi

27-10-2016, 09:15           

İtaliyanın Marke vilayətində 6,2 bal gücündə daha bir zəlzələ olub.

Yeraltı təkanlar paytaxt Romada 20 saniyə ərzində hiss edilib.

İki saat əvvəl bölgədə 5,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Askoli-Piçeno şəhərindən 37 km qərbdə, paytaxt Romadan isə 132 km şimal-şərqdə, ocağı isə 2 km dərinlikdə yerləşib . Zəlzələ paytaxt Roma daxil olmaqla Florensiya, Peruca, Akvila və bir sıra digər şəhərlərdə hiss olunub.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir(APA).

Xatırladaq ki, avqustun 25-də İtaliyanın mərkəzi bölgəsində baş vermiş güclü zəlzələnəticəsində 300 nəfər ölmüş, 400-dən çoxu xəsarət almışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru