39 yaşlı Kobaxidze Gürcüstanın parlament sədri seçildi

18-11-2016, 23:57           
39 yaşlı Kobaxidze Gürcüstanın parlament sədri seçildi
Gürcüstanın 9-cu çağırış Parlamentinin 150 yeni seçilmiş deputatının səlahiyyətlərinin tanınmasından və siyasi qrupların qeydiyyatından sonra qanunverici orqan Gürcü Arzusu partiyasının icra katibi İrakli Kobaxidzeni 3 əleyhinə olmaqla, 118 səslə parlament sədri seçdi.
39 yaşlı İrakli Kobaxidze 2015-ci ilin yanvarında icra katibi statusunda Gürcü Arzusu partiyasına qoşulub. 2002-2006-cı illərdə Dusseldorf Universitetində magistr və doktorluq dərəcəsi aldıqdan sonra gürcü universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub və paralel olaraq, BMT-nin müxtəlif inkişaf proqramlarında menecer olub. Həmçinin Gürcüstanın Avropa Şurası təmsilçiliyində strateji planlaşdırma üzrə ekspert kimi fəaliyyət göstərib. Bundan başqa Kobaxidze “Açıq Cəmiyyət – Gürcüstan” fondunda qanunçuluq proqramının ekspertlər komitəsinin üzvü olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru