Donald Trampın növbətikadr təyinatları

19-11-2016, 19:49           

ABŞ-ın yeni seçilmiş prezidenti respublikaçı Donald Tramp kadrlarla bağlı bir sıra qərarlar verib. Bu qərarlar milli təhlükəsizliyin təminatına cavabdehlik daşıyan hökumət blokuna aiddir.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, Tramp ədliyyə naziri və baş prokuror postuna 69 yaşlı Ceff Seşnsın namizədliyini irəli sürüb. O, hazırda ABŞ-ın Konqres Senatının Alabama ştatından olan üzvüdür. Ədliyyə Nazirliyinin başçısı formal olaraq Federal Təhqiqatlar Bürosunun fəaliyyətini də koordinasiya edir. Seçki kampaniyasının gedişində Trampa dəstək verən Seşns, əsasən qanunsuz mühacirlərə qarşı sərt mövqeyi ilə tanınır.

Tramp 52 yaşlı konqresmen Maykl Pompeonu Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsində görmək istəyir. Pompeo “çay partiyası adlanan” respublikaçıların kəskin mühafizəkar qanadına mənsubdur. Seşns və Pompeonun namizədliyi bundan sonra Amerika Senatı tərəfindən təsdiq edilməlidir. İstefada olan general-leytenant Maykl Flinn isə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi olub.

Donald Tramp noyabrın 19-da bir sıra görüşlər keçirəcək. Onun prezident postuna keçmiş respublikaçı namizəd Mitt Romniyə dövlət katibi postunu təklif edəcəyi gözlənilir.

Qeyd edək ki, Amerikanın yeni administrasiyası gələn ilin yanvar ayında Trampın inauqurasiyasından sonra işə başlayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.