Dubayda təcavüzə məruz qalan qadın həbs olundu – FOTO

21-11-2016, 00:24           
Dubayda təcavüzə məruz qalan qadın həbs olundu – FOTO
Dubayda təcavüzə məruz qaldığı üçün polisə şikayət edən ingilis qadın “evlilikdən kənar cinsi əlaqəyə girdiyi” iddiası ilə həbs edilib.

“A24.az”ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin ticarət mərkəzi olan Dubayda ingilis bir qadın təcavüzə məruz qaldığı üçün polisə şikayət edib.

Polis şübhəliləri pul cəzası ilə sərbəst buraxdığı halda, şikayət edən ingilis qadını “evlilikdən kənar cinsi əlaqəyə girdiyi” üçün ittiham edərək həbs edib.

Gənc qadının adı açıqlanmayan bir dostu “hal-hazırda şokdayam. Rəfiqəm polisə şikayət etdi. Polis təqsirkarları yaxaladıqdan sonra sərbəst buraxdı, rəfiqəm isə evlilik xarici cinsi əlaqəyə girməklə təqsirləndirilərək həbs edildi” deyə bildirib.

Proqram mühəndisi olan 25 yaşlı qadın ona təcavüz edənlərin Dave Butlin və Louis Harris olduğunu açıqlayıb. Belə ki, sərbəst buraxılan şübhəlilər isə çimərlikdə əylənərkən çəkdikləri şəkilləri sosial şəbəkədə paylaşıblar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.