Pens dövlət katibi postuna namizədi açıqladı

21-11-2016, 09:39           
Pens dövlət katibi postuna namizədi açıqladı
ABŞ-ın gələcək vitse-prezidenti Mayk Pens təsdiq edib ki, biznesmen və keçmiş prezidentliyə namizəd Mit Romninin dövlət katibi postuna namizədliyi nəzərdən keçirilir.

Şənbə günü Donald Tramp seçki kompaniyası dövründə onun tənqidçisi olmuş Mit Romni ilə görüşmüşdü. Nə Pens, nə də Tramp söhbətin məğzi barədə məlumat verməmişdi. Romni söhbəti konstruktiv adlandırmışdı.


“Onlar yaxşı görüş keçirdilər. Səmimi və mənalı söhbət alındı. Bilirəm ki, Romni dövlət katibi postu üçün aktiv şəkildə nəzərdən keçirilir”, – Mayk Pens Foks Nyusa intervyusunda deyib.

Mit Romni 2012-ci ildə ABŞ prezidentliyi postuna respublikaçıların namizədi olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru