“Normand dördlüyü”nün XİN rəhbərləri yenidən toplaşacaq –Razılıq əldə olunub

22-11-2016, 01:26           

Bu gün Ukrayna prezidenti Pyotr Poroşenko və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti bildirib.

Tərəflər Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsini müzakirə edib, regionda vəziyyətin pisləşməsini qeyd ediblər.

“Tərəflər həmçinin münaqişəsinin həllinə dair "yol xəritəsi" layihəsinin hazırlanmasını müzakirə edib, noyabrın sonunda “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin görüşünün keçirilməsinə dair razılığa gəliblər”, -məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru