Yaponiyada güclü zəlzələ - Sunami baş verdi (Yenilənib)

22-11-2016, 07:38           
Yaponiyada güclü zəlzələ - Sunami baş verdi (Yenilənib)
Yaponiyada Rixter şkalası üzrə 7.4 bal gücündə zəlzələ baş verib

Musavat.com-un məlumatına görə, bu barədə Yaponiya Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata əsasən, yeraltı təkanların episentri ölkənin şimal-şərqindəki Fukuşima şəhərində, 10 km dərinlikdə olub. Dağıntılar və tələfat barədə məlumat verilmir. Bölgədə sunami olacağı, dalğaların 3 metrə qədər yüksələ biləcəyi haqda xəbərdarlıq olunub. Sakinlərə sahil əraziləri tərk etmək haqqında çağırış edilib.

Zəlzələdən sonra Fukuşima şəhərində iki yanğın hadisəsi baş verib. Yanğınlardan biri neft kompleksinin ərazisində, digəri isə "Koeha" kimyəvi şirkətin binasında olub. Hər iki yanğın söndürülüb.


Qeyd edək ki, Yaponiyada 11 mart 2011-ci ildə eyni bölgədə 9 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələdən sonra meydana gələn sunamidə 19 min nəfər həyatını itirmişdi. Hadisə Fukuşima stansiyasında radioaktiv sızıntının baş verməsinə də yol açmışdı.

***
03:50

Yaponiya Seysmoloji Mərkəzi baş verən zəlzələ ilə bağlı yaydığı məlumatlarda bəzi düzəlişlər edib. Musavat.com məlumat verir ki, seysmoloji mərkəzdən verilən xəbərə görə, zəlzələnin episentri 10 deyil, 25 km dərinlikdə olub. Bundan başqa, məlumatda zəlzələnin 7.4 bal gücündə olduğu qeyd olunub.

ABŞ-ın geologiya təşkilatından verilən məlumata görə, Fukuşimada 5.4 və 4.8 bal gücündə daha iki təkan baş verib.

***

Fukuşima şəhərində baş verən zəlzələdən sonra sunami baş verib. İki nəhəng dalğa Yaponiyanın şərq sahilinə vurub. Dalğalardan biri 60 sm olub. Digər dalğanın hündürlüyü isə 1 metrə yüksəlib. Sunami dalğası Fukuşima nüvə stansiyasına qədər gəlib çatıb. Şəhərə dəyən zərərin məbləği, hələlik məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.