ABŞ Dövlət Departamenti: Avropada terror aktlarının törədilməsi ehtimalı yüksəkdir

22-11-2016, 07:40           
ABŞ Dövlət Departamenti: Avropada terror aktlarının törədilməsi ehtimalı yüksəkdir
ABŞ Dövlət Departamenti terrorçuların Avropada yaxın gələcəkdə yeni terror aktları planlaşdırması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

Dövlət Departamenti Avropa ölkələrində, xüsusi olaraq bayram günlərində terror aktlarının törədilməsi ehtimalının yüksək olduğunu bildirib.

“Əldə olan məlumata əsasən ehtimal edilir ki, İŞİD, “Əl-Qaidə” kimi terror təşkilatları yeni terror aktları törətməyi planlaşdırmağa davam edirlər. Avropada terror aktlarının törədilməsi ehtimalı yüksəkdir”, məlumatda deyilir.

Dövlət Departamenti vətəndaşlarına insanların kütləvi toplaşdığı məkanlarda və ictimai nəqliyyatda ehtiyatlı olmaq tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru