Dağlıq Qarabağı Ermənistanla birləşdirən 2 - ci yol çökdü

22-11-2016, 12:50           
Dağlıq Qarabağı Ermənistanla birləşdirən 2 - ci yol çökdü
Ermənistan rəhbərliyi Dağlıq Qarabağa gedən ikinci yolun (Vardenis-Ağdərə) tikintisində ciddi problemlərlə üzləşiblər.

Modern.az xəbər verir ki, yolun Ermənistandan işğal altındakı Azərbaycan ərazilərinə keçən Sotk aşırımı adlı hissəsində asfalt qatı qrunt sularının təsiri ilə çöküb. Çökmə ərazisi 4 kilometr ərazini əhatə edir.

“Sotk aşırımında 4 kilometrlik hissə qrunt sularının təsiri ilə çöküb və asfaltlaşdırmaq mümkün deyil. Dəvət olunmuş mütəxəssislər artıq həmin ərazini öyrənir. Yekun açıqlamadan sonra işlərə davam edəcəyik” – deyə “Hayastan” fondunun Qarabağdakı nümayəndəsi Vitali Qazaryan deyib.

Qazaryan yaranmış problemlə bağlı Vardenis-Ağdərə yolunun nəzərdə tutulduğu kimi dekbar ayında deyil, gələn ilin yazında istifadəyə verilə biləcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru