ABŞ-ın yeni hərbi gəmisi kanaldan keçərkən sındı

23-11-2016, 08:27           

ABŞ-a məxsus "USS Zumvalt" adlı esmines Panama kanalından keçərkən sınıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin Komandanlığı yayıb. Hadisənin noyabrın 21-i axşam saatlarında baş verdiyi qeyd edilib.

İlkin informasiyaya görə, gəmini silahla təmin edən sistemin güc qurğusu sıradan çıxıb. Nasazlığın yaranmasına səbəb istilik sistemi göstərilib.

“USS Zumvalt” DD-21 gəmilərinin kiçildilmiş versiyasıdır. “Zumvalt” sinifinin birinci esminesi — DDG-1000 29 oktyabr 2013-cü ildə suya endirilmişdi. Esminesin tam su tutumu 14500 ton, gövdənin uzunluğu isə 183 metrdir. Gəmi 78 meqavatt “Rolls-Roys Marine Trent-30”un iki qaz turbin mühərriki ilə təchiz edilib. Esminesin maksimal surəti saatda 56 kilometrdir. Gəmi 148 nəfər tutuma malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru