Braziliyada etirazçılar prezident sarayının bir hissəsini tutub

23-11-2016, 08:59           
Braziliyada etirazçılar prezident sarayının bir hissəsini tutub
Braziliyada yerli xalqların nümayəndələri prezident sarayı Planaltunun bir hissəsini tutub.
Gununsesi.info-nun məlumatına görə, bu barədə “Brasil de Fato” portalı xəbər verib.
Məlumata görə, prezident sarayının bir hissəsi çərşənbə axşamı etiraz aksiyasının gedişatında ölkənin yerli xalqlarının nümayəndələri tərəfindən tutulub. Yüzlərlə hindi, balıqçı və maron etnik qrupunun üzvləri onların həyat tərzinə, müasir kənd təsərrüfatına və sənayeyə təhlükə yarandığını bildirərək buna etiraz edirlər
“France Presse”nin məlumatına görə, hazırda Planaltu ərazisinə təhlükəsizlik qüvvələri yeridilib. Hələlik sarayın azad edilməsi barədə əməliyyatın başlanması haqqında informasiya yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru