Dünyanı heyrətə salan qulaqcıq kəşf edildi - Video

23-11-2016, 10:26           

Dünya dillərini anındaca tərcümə edən qurğu kəşf edilib.

Axar.az xəbər verir ki, yeni qurğu qulaqcıq şəklindədir və sizinlə danışanın dilini canlı olaraq, sinxron tərcümə edir. Qurğunun kəşfi bu cür yaranıb:

“Ayndayqoqo” (Indiegogo) kompaniyasının yaradıcısı və rəhbəri Endryu Oçoa bir dəfə ingiliscə bilməyən fransız qızla görüşüb. Bu romantik görüşdə yaranan çətinlik sayəsində də Pilot portativ qulaqcıqları kəşf olunub.

Qurğu belə çalışır: həmsöhbətiniz sizinlə fransızca danışırsa, siz onun danışığını öz ana dilinizdə eşidirsiniz. O isə öz növbəsində sizin danışıqlarınızı öz dilində eşidir.

Pilot qurğusu dəstinə iki ədəd qulaqcıq (biri həmsöhbətiniz üçün), portativ enerji qurğusu və smartfonar üçün proqram daxildir.

Qurğu fransız, ingilis, italyan və ispan dillərini dəstəkləyir. Hazırda kompaniya gələcəkdə başqa dünya dillərinin də lüğətə daxil edilməsi üzərində çalışır.

Qulaqcıqlardan böyük kompaniyalarda da istifadə etmək mümkündür. İştirakçılar bir neçə müxtəlif dildə danışsa belə, hər kəs danışıqları yalnız öz dilində eşidir.

Qurğunun menyüsünə bir neçə məşhur mahnı da daxil edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru