Əl-Qaidə lideri öldürüldü

23-11-2016, 10:39           

Əl-Qaidə lideri öldürülüb.
Bakipost.azxarici mənbələrə istinadən xəbər verir ki, Amerika Müdafiə Nazirliyinin rəsmisi Peter Kuk Pentaqonda təşkil edilən mətbuat konfransı zamanı 18 noyabrda Suriyada Əl-Qaidənin liderlərindən biri olan Əl-Masrinin öldürüldüyünü açıqlayıb. Konfransda Misir əsilli olan, Əfqanıstana döyüşməyə gələn Əl-Masrinin daha sonra Əl-Qaidə terror qruplaşmasına üzv olduğu və qısa müddət ərzində yüksək rütbəli liderlərdən birinə çevrildiyi söylənilib.

Sirmata şəhəri yaxınlığında təşkil edilən hava hücumu zamanı öldürüldüyü qeyd edilən Əl-Masrinin, Əfqanıstanda Amerika və koalisiya güclərinə qarşı təşkil edilən bir çox hücumda böyük mübarizə apardığı da vurğulanıb.

Kuk Əl-Masrinin öldürülməsinin bölgədə terror təşkilatlarına qarşı verilən mübarizə üçün əhəmiyyətli bir addım olduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru