Misir “erməni soyqırımını” tanıya bilər

24-11-2016, 00:26           

Misir parlamentinin 300-dən çox deputatı qondarma “erməni soyqırımı” qətnaməsinin layihəsini dəstəkləyib.

BAKMİL.TV xəbər verir ki, bu barədə erməni KİV-nin istinad etdiyi “Middle East Confidential” yaxın Şərq nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, “1915-ci ildə Osmanlı imperiyasında erməni soyqırımı”nın tanınması və qınanmsına dair təqdim edilən sənədin layihəsi bu ilin sonuna qədər qəbul edilə bilər.

“Erməni soyqırımının tanınması Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın bu yaxınlarda misir hakimiyyətinin Gülən hərəkatını dəstəklədiyinə dair verdiyi bəyanatlar fonunda daha aktual səslənib. Ərdoğanın bəyanatı noyabrın 11-də “Al-Jazeera” telekanalının efirində göstərilib”, – nəşr yazır.

Qeyd edilir ki, Misir və Türkiyə hakimiyyəti arasında münasibətlər ən aşağı səviyyədədir: Misir Türkiyəni ikili standartalrda ittiham edir, Türkiyə isə rəsmi Qahirənin ölkədə dövlət çevrilişinə cəhd edən Fətullah Gülənin (FETÖ) hərəkatının üzvlərini dəstəklədiyini hesab edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru