Rusiyanın neft nəhəngi Ermənistan məhkəməsini necə satın aldı?

25-11-2016, 19:19           
Rusiyanın neft nəhəngi Ermənistan məhkəməsini necə satın aldı?
Rusiyanın neft nəhəngi “Rosneft” Hollandiyada YUKOS-la bağlı keçirilən məhkəmə prosesini manipulyasiya edib.
Avropa.info xəbər verir ki, bu iddia ilə Hollandiyanın “NRC Handelsblad” qəzeti çıxış edib. Qəzet rus neft şirkətinin elektron yazışmaları və sənədlərinə istinad edir.
Məlumata görə, 2010-cu ilin oktyabrında YUKOS-un Ermənistan filialının sahibi kimi “Rosneft”in tanınması haqda erməni hakimləri qərar çıxarıb. Bu işin arxasında isə “Rosneft” dayanıb. Bu qərarın əsasında 2011-ci ilin mayında Niderland məhkəməsi də analoji qərar çıxarıb.
“Rosneft”ə manipulyasiya işində kömək göstərənlər arasında “Baker Botts” hüquqi firması, rusiyalı və erməni məmurlar, vəkil Eduard Muradyan, o cümlədən FTX-nin sabiq əməkdaşları olub. “Baker Botts”un və Muradyanın köməyi ilə “Rosneft” Ermənistan hakimlərini satın alıb.
“Rosneft”in məhkəməyə təzyiq etməsi faktını YUKOS nümayəndələri hələ 2014-cü ildə sübut etmişdilər. Sübutlar Amsterdam məhkəməsi tərəfindən təsdiq edilmişdi. Bundan sonra “Rosneft” YUKOS-un Ermənistan filialına olan iddiasını geri çəkmişdi. YUKOS-un 337 milyon dollarlıq aktivləri isə şirkətin səhmdarları arasında bölündü.
“Rosneft”dən “NRC Handelsblad”ə bildiriliblər ki, Ermənistan məhkəməsinin qərarı qanunla əsaslandırılmış idi. Ermənilərə təzyiq faktını “Baker Botts” şirkəti də təkzib edib və əlavə şərh verməkdən imtina ediblər. Vəkil Muradyan da ittihamları da qəbul etməyib. YUKOS-da qeyd ediblər ki, vəziyyət Rusiyanın məhkəmələrə təzyiq məsələsində necə uzağa gedə biləcəyini göstərir.
Xatırladaq ki, YUKOS 2007-ci ildə bankrot elan edilərək ləğv edilib. Onun səhmlərinin əsas sahibi isə “Rosneft” olub. O zamandan bəri YUKOS səhmdarları ilə Rusiya arasında məhkəmə çəkişmələri davam edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.