Yanukoviç ən böyük səhvindən danışdı - "Özümdə güc tapmadım"

26-11-2016, 00:07           
Yanukoviç ən böyük səhvindən danışdı - "Özümdə güc tapmadım"
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

APA-nın "112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, o, bu barədə Rostovda keçirdiyi mətbuat konfransında bildirib.

"Mən Donbasın Ukraynanın tərkibində olması, Ukraynanın ərazi bütövlüyünün saxlanılmasının tərəfdarıyam”, deyə V.Yanukoviç vurğulayıb.

Sabiq prezident əvvəldən Donbasın ayrılmasının əleyhinə olduğunu qeyd edib: "Münaqişənin həlli üçün, ilk növbədə, atəşkəsə nail olmaq və qoşunları geri çəkmək lazımdır”.

V.Yanukoviç "Maydan” hərəkatı zamanı özünün ən böyük səhvindən də danışıb: "Mən müqəddəs deyiləm. Hərbi vəziyyətə dair qanun imzalamağa özümdə güc tapmadım. Mən qan tökə bilməzdim”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru