“60 min miqrant Almaniyanı könüllü olaraq tərk etməlidir” – Merkel

26-11-2016, 10:20           
“60 min miqrant Almaniyanı könüllü olaraq tərk etməlidir” – Merkel
İlin sonundək 60 min miqrant Almaniyanı könüllü olaraq tərk etməlidir
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel Xristian Demokratik İttifaqı partiyasının regional toplantısında bəyan edib.
Onun sözlərinə görə, ümumilikdə ölkədə qalmaq hüququ almayan 100 min miqrant Almaniyanı tərk etməli olacaq: “Onlardan üçdə biri zorla deportasiya ediləcək, 60 min isə müxtəlif humanitar proqramlar çərçivəsində könüllü olaraq vətənlərinə qayıdacaq”.
A.Merkel xüsusən Əfqanıstandan gələn qaçqınları qeyd edib: “Bütün əfqan oğlan və qızların Almaniyaya köçməsi qeyri-mümkündür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru