Yaponiya qırıcılarını havaya qaldırıldı - Gərginlik

26-11-2016, 10:31           

Yaponiya Hərbi Hava Qüvvələrinin qırıcıları Okinava prefekturasına yaxınlaşan Çin təyyarələrinə görə havaya qaldırılıb.

"Qafqazinfo” "TASS”a istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Su-30 və starteji bombardımançı H6-nın da daxil olduğu altı Çin təyyarəsinin ələ keçirilməsi üçün qırıcılarımız həyəcan siqnalı ilə havaya qaldırılıb”,- deyə məlumatda bildirilib.

Məlumata əsasən Yaponiya hava məkanının pozulması halı qeydə alınmayıb.

Qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi qırıcıları bu ilin aprelindən sentyabrına kimi 407 dəfə Çin Xalq Respublikası təyyarələrinin ələ keçirməsi üçün havaya qalxıb.

Uçuşlar əsasən Çin və Yaponiya arasında mübahisə predmeti olan Senkaku (Dyaoyuydao) adaları ərazisində həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru