Baltayla məktəblilərə hücum etdi - 9 şagird yaralandı
26-11-2016, 10:32
Çinin şimal-qərbində balta ilə silahmış şəxs məktəblilərə hücum edib.
"Report"un məlumatına görə, bu barədə ölkənin Mərkəzi Televiziyası "CCTV" xəbər yayıb.
Məlumata görə hadisə Xançjun şəhərində, ibtidai məktəbin yanında baş verib. Nəticədə doqquz şagird müxtəlif xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı 58 yaşlı şəxs saxlanılıb. Hücumun motivləri məlum deyil.