Güclü partlayış: 5 amerikalı və çoxsaylı PKK-çı öldü

27-11-2016, 00:35           
Güclü partlayış: 5 amerikalı və çoxsaylı PKK-çı öldü
Suriyanın Haseke vilayətinin Tel-Temur mahalında PYD qruplaşmasına aid hərbi düşərgədə baş verən partlayışlar nəticəsində 5 amerikalı əsgər və PKK-nın 2 yüksək rütbəli döyüşçüsü ölüb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində onlarla PYD üzvünün də öldüyü bildirilib.

Məlumata görə, düşərgəyə yaxın ərazidə yerləşən yanacaq anbarında naməlum səbəbdən yanğın olub və ardınca partlayışlar baş verib.

Qeyd edək ki, 2013-cü ildə yaradılan həmin hərbi düşərgədə amerikalı və ingilis hərbçilər təlim keçir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru