Putin Qərbə çağırış etdi

27-11-2016, 23:36           
Putin Qərbə çağırış etdi
Rusiya prezidenti Vladimir Putin İtaliyanın La Stampa qəzetinin saytında dərc edilən məqaləsində terrorçuluğa qarşı ümumi cəbhə quraraq Qərbi Rusiyaya inanmağa çağırıb. “Ria Novosti”nin yazdığına görə, məqalə Putinin oktyabrda etdiyi çıxışdakı çıxarışlardan ibarətdir. Çünki məqalənin bir hissəsi Rusiyanın ABŞ-da prezident seçkiləri təsirini inkar edir. Bu məsələ də artıq aktuallığını itirib.

Putinin imzası ilə yazılan məqalə “Rusiyaya etibar etmək vaxtı, terrora qarşı ümumi cəbhə” adlanır. Məqalədə Putin böyük dövlət adlandırdığı ABŞ-ın problemlərindən danışır, Rusiya ilə münasibətləri isə isteriya ilə izah edir.

Məqalədə həmçinin soçi forumunda səslənən “Rusiya heç kimə hücum etmək istmir” tezisi təkrarlanır. Putin həmçinin əmin etməyə çalışır ki, ölkəsi qlobal dominantlığa can atmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru