Tramp Obama ilə 45 dəqiqə məsləhətləşib

28-11-2016, 08:34           
Tramp Obama ilə 45 dəqiqə məsləhətləşib
Donald Tramp seçkilərdə qalib gəldikdən sonra məsləhət üçün Barak Obamaya tez-tez müraciət edərək müxtəlif suallar üzrə uzun müzakirələr aparır, – Trampın köməkçisi Kellien Konvey CNN-ə deyib.
Onun sözlərinə görə, Tramp və Obama tez-tez söhbət edir, Tramp Kuba lideri Fidel Kastronun ölümündən sonra Obama ilə məsləhətləşib. Məsəl üçün 26 noyabrda onların söhbəti 45 dəqiqə çəkib. Köməkçi Konvey onların başqa hansı mövzulara toxunduğuna dair məlumat verməyib.
“Tramp seçkilərdə qələbə qazandıqdan sonra onlar təxminən 30 dəqiqə söhbət aparıblar. Onlar tez-tez müxtəlif mövzular üzrə danışırlar”, – Konvey təsdiqləyib.
Konvey qeyd edib ki, yeni seçilmiş və fəaliyyətdə olan prezidentlərin dəyərləndirmələri həmişə üst-üstə düşmür.
“Mən sizə Trampın adından deyə bilərəm ki, onun prezident Obama ilə danışmaqdan, ölkənin və dünyanın qarşısında dayanan ciddi problemləri müzakirə etməkdən çox xoşu gəlir”, – o deyib. “Onlar yaxşı yola gedirlər, baxmayaraq ki, bir çox mövzularda həmfikir deyillər”, – Konvey bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.