Belçikanın Lyej şəhərində baş verən yanğın nəticəsində 2 nəfər tüstüdən zəhərlənib.
Yeraltı dayanacaqda naməlum avtomobil qəfildən alovlanıb , daha sonra partlayış baş verib.
İnsident yaxınlıqda təşkil olunan ənənəvi Milad bazarı zamanı baş verib. Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. İnsidentin səbəbləri araşdırılır. (APA)