Çinin elektrik stansiyasında baş vermiş qəzaya görə 9 nəfər saxlanılıb

28-11-2016, 09:40           
Çinin elektrik stansiyasında baş vermiş qəzaya görə 9 nəfər saxlanılıb
Çinin yerli polisi tikilməkdə olan elektrik stansiyasında baş vermiş və 74 nəfərin həyatına son qoymuş uçquna görə doqquz nəfəri şübhəli şəxs qismində saxlayıb.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.
Agentliyin məlumatına görə, saxlanılanlar qəzaya görə məsuliyyət daşıyan şəxslərdir. Onların arasında "Yineng Tower Engineering Co. Ltd" şirkətinin idarə rəhbəri və obyektin baş mühəndisi də var.
Qeyd edək ki, hadisə noyabrın 25-də Çinin şərqindəki Szyansi vilayətinin Fençen səhərində baş verib. Tikilməkdə olan elektrik stansiyasının soyuducu qurğusu uçub. Nəticədə 74 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.