Misir XİN bu ölkənin Suriyada hərbçilərinin olması haqda xəbərləri təkzib edib

28-11-2016, 09:57           
Misir XİN bu ölkənin Suriyada hərbçilərinin olması haqda xəbərləri təkzib edib
Misir hökuməti bir sıra ərəb media orqanlarının bu ölkənin Suriyadakı hərbi əməliyyatlarda iştirak etməsi haqda xəbərləri təkzib edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.
Nazirlik bildirib ki, Misir digər ölkələrin daxili işlərinə müdaxilə etməməyə çalışır. Qeyd edək ki, bir sıra regional mətbu orqanlarda Misirin tərkibində 18 pilotun olduğu hərbi birləşməsinin bu ay Xama hərbi bazasına qoşulması haqda xəbərlər yayılıb.
Bununla yanaşı, Misir prezidenti Əbdül Fəttah əl-Sisi həmkarı Bəşər Əsədin ölkəsinin hərbi qüvvələrinin terrorçuluğa qarşı mübarizədə və Suriyada sabitliyi bərpa etməkdə digər dövlətlərin hərbi qüvvələrindən güclü olması haqda fikirlərini dəstəkləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.