“Faynənşl Tayms” qəzeti: "Hərəkatın lideri İştvan Dorkoş oktyabrın sonunda nəzarət altına götürülüb"

28-11-2016, 20:26           
“Faynənşl Tayms” qəzeti: "Hərəkatın lideri İştvan Dorkoş oktyabrın sonunda nəzarət altına götürülüb"
Rusiya diplomatları və hərbçiləri Macarıstandakı neonasist Milli Cəbhə Hərəkatının üzvlərinə konsultasiya verib və təlim keçiblər.

Bu barədə informasiyanı “Faynənşl Tayms” qəzeti Macarıstan xüsusi xidmət orqanlarındakı etibarlı mənbəsinə istinadən yayıb. Qəzet Budapeştin bu qrupların Rusiya ilə əlaqədə olduğunu bir neçə il öncə bildiyini, amma Moskva ilə sıx siyasi əlaqələr ucbatından Macarıstan hakimiyyətinin buna reaksiya vermədiyini bildirib:

“Neonasist hərəkatı həmçinin Rusiyadan maliyyələşdirilib. Artıq hərəkatın lideri İştvan Dorkoş oktyabrın sonunda nəzarət altına götürülüb. Buna səbəb Dorkoşun polislərə atəş açması olub. Bundan sonra hərəkatın 9 məkanında axtarışlar aparılıb və haradan gətirildiyi müəyyən edilməyən müasir silahlar aşkarlanıb”. (Axar.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.