Trampdan şok qərar — yeni xarici işlər naziri kim olacaq?

29-11-2016, 01:37           

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Devid Petrausu xarici işlər naziri postuna gətirməyi planlaşdırır.

Ölkə.Az xəbər verir ki, D.Petrausu Türkiyə hərbçilərinin təhqir edildiyi məşhur “çuval hadisəsi” dövründə İraqdakı ABŞ hərbi qüvvələrinin komandiri olub.

Bir neçə gün əvvələ qədər xarici işlər naziri postuna Mitt Romney, Nyut Qinqriç, Con Bolton və Bob Korkerin adı hallanırdı. Amma bu posta sabiq MKİ şefi Devid Petrausun da iddialı olması vəziyyəti dəyişib.

Trampa yaxın çevrədən bildiriblər ki, prezident bu gün general ilə görüşəcək.
2003-cü ildə türk əsgərinin başına çuval keçirildiyi dövrdə İraqdakı ABŞ hərbçilərinin komandiri general Devid Petraus olub. General Odierno isə Şimali İraqdakı Amerika hərbi hissələrinin komandiri olub.

Xatırladaq ki, Petraus hərbi karyerasını başa vurub MKİ şefi olduğu dövrdə Türkiyəyə səfər etmiş və demişdi:

“Türkiyədə mənə "çuvalçı general" deyirlər. Amma çuval əmrini mən yox, general Odierno vermişdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru