Suriya ordusu Hələbin şimal-şərqinə nəzarəti ələ keçirib

29-11-2016, 09:44           

Suriyanın hökumət qüvvələri, həmçinin xalq könüllü dəstələri terrorçuları Hələbin daha iki məhəlləsindən çıxardaraq, şəhərin şimal-şərq hissəsinə nəzarəti tam ələ keçiriblər.

"Report" xəbər verir ki, bu barədə şəhərin könüllülər qərargahına istinadən RİA "Novosti" məlumat yayıb. "Ordu və könüllülər Şeyx-Hodr və Şeyx-Fares məhəllələri üzərinədə nəzarəti geri qaytarmağa müvəffəq olublar. Beləliklə, demək olar ki, Hələbin şimal-şərq hissəsi tam olaraq Suriya ordusunun nəzarəti altındadır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hər iki məhəllədə döyüşlər təqribən bir sutka davam edib. Hazırda azad olunmuş ərazilərdə istehkamçılar işləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru