Fidel Kastro ilə vida mərasimində 25-dən çox ölkə rəhbəri iştirak edəcək
29-11-2016, 09:45
Kubanın inqilabçı lideri Fidel Kastro ilə vida mərasimində 25-dən çox dövlətin rəhbəri iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Dəfn mərasimi dekabrın 4-də Santyaqo-de-Kuba şəhərinin müqəddəs İfiqeni qəbiristanlığında keçiriləcək.