Miçiqan Donald Trampın ştat üzrə qələbəsini təsdiq edib

29-11-2016, 09:46           
Miçiqan Donald Trampın ştat üzrə qələbəsini təsdiq edib
Miçiqan Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın ştat üzrə prezident seçkilərində qələbəsini təsdiq edib.
"Report" xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
O, Demokratlar Partiyasından olan rəqibi Hillari Klintondan 10 min 704 səs çox toplayıb ki, bu da səsverənlərin təqribən 0,2 faiz bəndini təşkil edir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət başçısı postuna keçməyə iki ay qalmış bir neçə istiqamətdən hücuma məruz qalıb. Onun rəqibləri Miçiqan da daxil olmaqla, bir sıra ştatlarda seçicilərin səslərinin yenidən sayılmasına təşəbbüs göstərərək ABŞ tarixində ilk dəfə olaraq Seçicilər Kollegiyasının onun prezident vəzifəsinə təsdiqinə qarşı səs verməsinə nail olmağa çalışırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru