Obamanın Kastronun dəfniylə bağlı qərarı

30-11-2016, 01:09           
Obamanın Kastronun dəfniylə bağlı qərarı
ABŞ-ın hazırki prezidenti Barak Obama Kubanın əfsanəvi lideri Fidel Katronun dəfn mərasiminə rəsmi nümayəndə heyətini göndərməyəcək.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.

Məlumatda bildirilir ki, mərasimdə ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods, eləcə də ABŞ-ın Kubada müvəqqəti işlər üzrə müvəkkili Ceffri Dilaurentis iştirak edəcək. Ağ Ev isə bu ziyarətləri rəsmi nümayəndə heyəti adlandırmır.

Qeyd edək ki, 90 yaşlı F. Kastronun vəfatı ilə əlaqədar ölkədə 9 günlük matəm elan olunub. O, matəmin bitdiyi gün, dekabrın 4-də dəfn olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru