Moskva bazarında azərbaycanlılara silahlı hücum olub

30-11-2016, 01:21           

Moskvanın Çeremuşkin bazarında Azərbaycan vətəndaşlarının da iştirakı ilə silahlı insident baş verib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, münaqişədə əksəriyyəti azərbaycanlı olan satıcılar ilə bazar rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Ticarət etdikləri yeri tərk etmək istəməyən icarədarlar soyuq silahdan istifadə ediblər. Lakin bazar rəhbərliyinin köməyinə Özəl Mühafizə Təşkilatının döyüşçüləri gəlib. Etirazçılara qarşı travmatik odlu silah tətbiq olunub. Ən azı iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisəyə bazar rəhbərliyinin bəzi satıcılara müəssisə ərazisində yer verməmək barədə qərar qəbul etməsi səbəb olub. Bunlar, əsasən Azərbaycan vətəndaşları olublar. Qərarın hansı səbəbdən qəbul olunduğu məlum deyil.

TASS-ın məlumatına görə, davanın bir neçə iştirakçısı saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru